22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Bakıda 18 məktəbə yeni direktor təyin olunub
Tarix: 12-06-2020 17:02 | Bölmə: Sosial

                   Bakıda 18 məktəbə yeni direktor təyin olunub


2019-2020-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib.
“Qafqazinfo” xəbər verir ki, 12 direktorun iş yeri dəyişdirilib. 111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.
4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.
2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.
Müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 54 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor müavini, 27 nəfər psixoloq, 29 nəfər kitabxanaçı, 12 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 19 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub.
Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib.



Baxış sayı: 382


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu