22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Nazir şöbə müdirinə töhmət verdi - Karantini pozduğuna görə
Tarix: 11-06-2020 15:49 | Bölmə: Sosial
                      

                    

Təhsil naziri Göyçay Rayon Təhsil Şöbəsinin müdirinə xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verib.
HİT.Az xəbər verir ki, 10 iyun 2020-ci il tarixdə, saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşıb. O, Təhsil nazirinin 01 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilmiş hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbini aşkar şəkildə pozaraq təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil edib.
Qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən (02.06.2020-ci il tarixli, 497 nömrəli əmr) nəticə çıxarmadığını nəzərə alaraq Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğluna Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.





Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu