22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“70 gündür evimə gedə bilmirəm” - Koronavirusla mübarizə aparan həkim+Video
Tarix: 11-06-2020 00:36 | Bölmə: Sosial

                 “70 gündür evimə gedə bilmirəm”

"ARB 24" telekanalı Neftçilər Xəstəxanasında müalicə olunan koronavirusdan əziyyət çəkən xəstələrlə bağlı reportaj hazırlayıb.
"Qafqazinfo" xəbər verir ki, reportajda çətin şəraitdə çalışan həkimlərdən də bəhs edilib.
Xəstəxananın həkimlərindən biri bildirib ki, artıq 70 gündür evindən uzaq düşüb:
"Növbəmizin saatı yoxdur. Nə vaxt lazım olur, işləyirik. 70 gündür ki, evdən çıxmışam, evə getmirəm. Biz də onlar üçün çalışırıq. Onlar darıxırlar ki, biz evdə qala bilmirik. Amma mən 70 gündür evimə gedə bilmirəm. Mən də getmək istəyirəm axı. Xəstələri buraxıb getmək də olmur".

             



Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu