Bütün xəbərlər
Sumqayıtda gənclər sakinləri tibbi maska taxmağa çağırıb – FOTOLAR
Tarix: 07-06-2020 11:14 | Bölmə: Sosial



Sumqayıt şəhərində koronavirusa qarşı mübarizə tədbirləri davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində sosial aksiyalar da həyata keçirilir. Bu gün növbəti dəfə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiyada Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin gənc könüllüləri sakinlərlə maarifləndirici söhbətlər aparıb, tibbi maskadan istifadə etməyin vacibliyini qeyd ediblər.








Baxış sayı: 423


Bölməyə aid digər xəbərlər