22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Tədris kursları güzəştlərlə bağlı hökumətə müraciət etdi
Tarix: 04-06-2020 20:07 | Bölmə: Sosial

                 Tədris kursları güzəştlərlə bağlı hökumətə müraciət etdi


Azərbaycanda koronavirusdan ən çox əziyyət çəkən sektorlardan biri  - təhsil-təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri fəaliyyətlərinin bərpa olunması ilə bağlı hökumətə və digər aidiyyatı qurumlara müraciət ünvanlayıb.
“Qafqazinfo” fed.az-a istinadən xəbər verir ki, müraciətdə koronavirus və onun gətirdiyi məhdudlaşma səbəbindən bu sahədə çalışan sahibkarların və müəllimlərin böyük zərərlə üzləşdiyi qeyd edilir. Təlim-tədris sektorunun nümayəndələri vəziyyəti düzəltmək üçün kursların fəaliyyətinin qismən də olsa bərpa olunmasına, eləcə də sahibkarlar tərəfindən milli və beynəlxalq imtahanların keçirilməsinə icazə verilməsini xahiş edilib.
Müraciətdə aşağıdakı məsələlər əksini tapıb:
Təhsil və təlim sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə hazırda fəaliyyəti bərpa edilmiş iş və xidmət sahələri kimi fəaliyyətinin bərpa edilməsi üçün icazə verilməsi;
Təhsil və təlim xidmətlərinin göstərilməsi üçün ən çoxu 10 nəfərdən ibarət olan qruplar şəklində fəaliyyətin təşkilinə icazə verilməsi;
Sahibkarlıq subyektləri tərəfindən təklif edilən milli və beynəlxalq imtahanların keçirilməsinə icazə verilməsi.



Baxış sayı: 492


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu