Bütün xəbərlər
RƏŞAD MAHMUDOV UŞAQLARIN BAYRAMINI BELƏ TƏBRİK EDİB
Tarix: 02-06-2020 21:34 | Bölmə: Sosial

"Gözəl çöhrənizdən gülüş əksik olmasın, əziz balalar!!!"

Ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqları sosial şəbəkədə təbrik edib.
Sabaha-inamla.az hörmətli cərrahımızın həmin təbrikini oxuculara çatdırır:

"1 İyun - sadəcə bu gün deyil, hər gün uşaqlara sevgi, qayğı, diqqət və sevinc bəxş etməliyik. Çünki onların hər biri fərqli bir çiçəkdir və hamısı birlikdə bu dünyanı gözəl bir gül bağçasına çevirəbilər.
Ölkəmizdə uşaqlara qayğı və onların problemlərinin həlli hər zaman diqqət mərkəzində olmuş və bu dövlətimizin əsas prioritetlərindən biridir. Bu gün daha 4 uşaq Heydər Əliyev Fondunun və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sağlam ürəyə qovuşdu. Komandamız adından bütün balalarımızı ürəkdən təbrik edir, hər birinə sağlam və xoşbəxt gələcək arzulayırıq.
Gözəl çöhrənizdən gülüş əksik olmasın, əziz balalar!!!
BAYRAMINIZ MÜBARƏK!









Baxış sayı: 461


Bölməyə aid digər xəbərlər