Bütün xəbərlər
Uşaqların Beynəlxalq Müdafiəsi Günü məktəb tərəfindən onlayn şəkildə qeyd edildi
Tarix: 01-06-2020 14:36 | Bölmə: Sosial
1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar dünyanın sevincidir. Bu günün qeyd olunması 1950-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə təsdiq olunub. Həmin gün "Qadınların Beynəlxalq Konfrans Günü"ndə uşaqların hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və 1 İyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etmək qərarı verilib. Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycanda yaşayan uşaqlar xoşbəxtdir. Onlara daima dövlət qayğısı olmuş və olmaqdadır. Ulu Öndər Heydər Əliyev uşaqların bütün tədbirlərində iştirak etmiş, onları "Azərbaycanın gələcəyi" adlandırırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demokratik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalanmışdır. Bu sərəncama əsasən 2009-cu il- "Uşaq ili" elan olunmuşdur. Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə onlayn silsilə tədbirlər keçirilmişdir. Tədbirlərin uğurla keçirilməsində məktəbin Tərbiyə İşləri üzrə Direktor Müavini Aygün Fərzəliyeva, 4a sinif müəllimi Səkinə xanım Ağayeva, 2ç sinif müəllimi Ülviyyə Quliyeva, 2c sinif müəllimi Mehriban İbrahimova, 5b sinif müəllimi Kəmalə Allahverdiyeva, rus dili müəllimləri Səadət Quliyeva və Nərgiz Əliyevanın böyük zəhməti olmuşdur.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az






















Baxış sayı: 1 031


Bölməyə aid digər xəbərlər