Bütün xəbərlər
Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbul qaydası açıqlandı
Tarix: 18-05-2020 16:03 | Bölmə: Sosial

                   Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbul qaydası açıqlandı


Təhsil Nazirliyi yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulunun mümkün olub-olmaması ilə bağlı ünvanlanan suallara cavab verib.
“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
Bu uşaqların  qeydiyyatı üçün onların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.06.2020-ci il tarixindən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir.
Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.


Baxış sayı: 509


Bölməyə aid digər xəbərlər