22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Özümüz evdə parçalardan maskalar hazırlaya bilərik” - TƏBİB sədri
Tarix: 09-05-2020 19:31 | Bölmə: Sosial

                “Özümüz evdə parçalardan maskalar hazırlaya bilərik”


"Maskalardan kütləvi istifadə tələbatın artmasına səbəb ola bilər".
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
"Bizə verilən məlumata görə kifayət qədər maska ehtiyyatı var. Amma bu heç birimizə bəhanə kimi əsas vermir. Özümüz evlərdə parçalardan maskalar hazırlaya bilərik. Bununla bağlı təşviqat materialları yayımlanır. İctimai nəqliyyatda da maskalardan istifadə və dezinfeksiya halları vacibdir.
Turizm sahəsinin sahibkarına müraciət edirəm ki, sərt karantin rejimindən çıxma prosesini davam etdirsək, növbəti həftələrdə onların fəaliyyətinə icazə verilə bilər. Ona görə də, qaydalara uyğun fəaliyyət göstərməlidirlər".
Ramin Bayramlı bildirib ki, imtahan günlərində valideynlərin imtahan keçiriləcək müəssisələrin qarşısında toplaşmaması lazımdır.
ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində ilk günlərdən Ümümdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edir:
"İki dəfə Azərbaycan hökuməti yardım üçün maliyyə ayırıb. Buna görə də ölkə rəhbərinə təşəkkür edirik".



Baxış sayı: 511


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu