Bütün xəbərlər
Qida istehsalçısından örnək addım
Tarix: 09-05-2020 01:11 | Bölmə: Sosial

"T-finans Ltd” MMC şirkəti 10 may - ümummilli lider Heydər Əliyevin doğum günündə açılışına hazırlaşdığı yeni müəssisə ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə mətbuat konfransı keçirib. Xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla keçirilən tədbirdə icraçı direktor İlahə İlyasova rəhbəri olduğu şirkətin fəaliyyəti haqda məlumat verib. Bildirib ki, 2013-cü ildə fəaliyyətə başlamış "T-finans Ltd” MMC illərdir ökəmizdə müxtəlif növ qida məhsullarının istehsalı ilə məşğuldur: "Bir neçə ay əvvəl pandemiya təhlükəsinin ciddliyini nəzərə alan ölkə başçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa ünvanladığı "Evdə qal" çağırışına biz də öz töhfəmizi verməyə çalışdıq. Əlbəttə ki, ölkə başçımızın xalqa ünvanladığı bu çağırış pandemiya təhlükəsinin qarşısını qısa zamanda almaq məqsədilə bərabər, həm də sosial yardımlaşmaya, birliyə, bərabərliyə dəvət idi. Gördüyümüz kimi, dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizdən tutmuş, ölkəmizdə fəaliyyət göstərən ən xırda müəssələrə, adi vətəndaşlara qədər hamı səfərbər oldu. Bəli, o şirkətlərin sırasında "T-finans Ltd” MMC-nin imzası da var. Biz qısa müddət ərzində əlliyə yaxın işçi vakansiyası elan edərək tikiş fabriki açdıq. Fabrik ən keyfiyyətli texnoloji avadanlıqlarla (tikiş maşınları) təchiz edillib. Peşəkar dərzilər cəlb eləmişik", - deyə icraçı direktor əlavə edib. İ.İlyasova qeyd edib ki, hazırda fabrikdə istehsal olunan gigiyenik yataq dəstləri körpələr evinə, qocalar evinə və klinikalara pulsuz paylanacaq. "Məqsədimiz və hədəfimiz təkcə paytaxtımızda deyil, eləcə də bölgələrimizdə fabrikimizin yeni istehsal mərkəzlərini açmaq və çoxlu sayda vətəndaşımızı işlə təmin etməkdir", - deyə müəssisə rəhbəri vurğulayıb. Tədbirdə "T- finans LDT MMC"nin mətbuat katibi Səbuhi Bayramov, fabrik məhsullarının tanıtımını edən aktrisa Xuraman Əlizadə, şirkətin təsisçi rəhbəri Minayə Həmidova MMC-nin gələcək planları, görüləcək işlərlə bağlı tədbir iştirakçılarına məlumat veriblər.
Sabaha-inamla.Az



Baxış sayı: 1 041


Bölməyə aid digər xəbərlər