22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz sahibkarları daha da ürəkləndirir-Sahibkar Prezidentə təşəkkür etdi
Tarix: 08-05-2020 13:56 | Bölmə: Sosial
Dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Bütün bunlara baxmayaraq “COVID 19” virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən vaxtında lazımı addımlar atıldı. Görülən bu işlər, dövlət başçısının göstərdiyi diqqət və qayğı ölkə əhalisi və sahibkarlar tərəfindən də rəğbətlə qarşılanır. Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz sahibkarları daha da ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Cənab Prezdentin Sizin sahibkarlara olan çağrışınıza əməl edərək bütün iş rejimini dayandırdıq və işçilərimiz “Evdə qal” çağrışına əməl etdilər. Sizin göstərişinizə əsasən heç bir işçimizi ixtisar etmədik və sahibkarlığa verdiyiniz dəstək və imzaladığınız fərmana əsasən hər bir işçimiz əməkhaqqı ilə tam təmin olundular. Bu ağır günlərdə ölkə sahibkarlarına, biznes strukturlarına göstərilən diqqət və qayğıya, çoxşaxəli sosial-iqtisadi dəstəyə görə təmsil etdiyim “Sahibkar Qadınlar” İctimai Birliyi adından və işçilərimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Hörmətli Cənab Prezident Sizin bir şüarınız ilə təşəkürümü tamamlamaq istəyirəm. “Biz birlikdə güclüyük” .
Zenfira Ağayeva
 Sahibkar Qadınlar” İctimai Birliyinin sədri



Baxış sayı: 998


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu