Bütün xəbərlər
"Nəzrin" Tekstil də "Maska istehsal et və vətəndaşlara pulsuz payla" aksiyasına qoşuldu
Tarix: 06-05-2020 18:15 | Bölmə: Sosial
                 
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təklifi ilə başlayan "Maska istehsal et və vətəndaşlara pulsuz payla" aksiyasına Gəncə şəhər Kəpəz rayonunda fəaliyyət göstərən "Nəzrin Tekstil" də qoşuldu. Onlar vətəndaşlara istehsal etdikləri maskaları pulsuz payladılar. Asan xidmət və bankların qarşısında toplaşan maskası olmayan vətəndaşlara da maskalar paylandı və Korona virus (COVİD-19) pandemiyası haqqında məlumat verilərək vətəndaşlara özlərini və ətraflarındakı insanları qorumağı tövsiyyə etdilər.
Kamran Orucov
Sabaha-inamla.Az

























Baxış sayı: 773


Bölməyə aid digər xəbərlər