Bütün xəbərlər
ADU-nun yataqxanasında yaşayan tələbələr kirayə ödənişindən azad olunub
Tarix: 03-05-2020 14:15 | Bölmə: Sosial



Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb.
Azərbaycan Dillər Universitetindən APA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq universitetin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən ADU-nun 2 saylı qızlar yataqxanasında  yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.


Baxış sayı: 428


Bölməyə aid digər xəbərlər