20:18 / 23-11-2026
Keçmiş məmurun 1,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib
20:12 / 23-11-2026
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
20:08 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
20:02 / 23-11-2026
Özəl uşaq bağçasında uşaqlar xəstələndi, cinayət işi açıldı
19:59 / 23-11-2026
Yunanıstanın Baş naziri Mitsotakis təqaüdçülərə dövlət müavinətləri ilə birlikdə nəvələrinə GTA oyunu almağı məsləhət gördü
19:53 / 23-11-2026
Tramp Jensen Huang-ın Nvidia şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını dəstəklədi
19:49 / 23-11-2026
Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı sərhəd keçid məntəqələrinin bağlanmasının nəticələri barədə xəbərdar etdi
19:43 / 23-11-2026
Musiqi prodüserinin cəsədi Moskva binasının pəncərələrinin altında tapılıb
19:40 / 23-11-2026
Milyonçular üçün mütərəqqi vergi şkalasının dəyişdirilməsini təklif etdi
19:18 / 23-11-2026
Xalq artisti və qızı cərimələri ödəmədiyinə görə cərimələniblər
19:15 / 23-11-2026
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
19:12 / 23-11-2026
Millətlər üzrə Federal Agentlikdə axtarışlar aparılıb
19:04 / 23-11-2026
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
18:59 / 23-11-2026
Ermənistan yeni konstitusiya layihəsindən Ararat dağının təsvirini çıxarıb
18:55 / 23-11-2026
Çin Ukrayna böhranının həllinin yeganə yolunu adlandırdı
18:48 / 23-11-2026
İlham Əliyev Trampa təşəkkür etdi
18:39 / 23-11-2026
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
18:31 / 23-11-2026
Millət vəkili vətəndaşlarla görüş keçirib
16:01 / 23-11-2026
Rusiya avropalıların sülhə hazırlığını anlamaq üçün onlarla dialoqa başlayır
15:58 / 23-11-2026
At təkbaşına qayıtdı: Soçi dağlarında itkin düşmüş atlının axtarışı aparılır
15:52 / 23-11-2026
"Politico": Trampın komandasının təklifləri AB üçün "Troya atı" ola bilər
15:48 / 23-11-2026
Avropa hidroenerji üçün su ehtiyatları ilə bağlı problemlərlə bağlı həyəcan təbili çalır
15:45 / 23-11-2026
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22:49 / 22-11-2026
Husilər Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücum etdilər
22:43 / 22-11-2026
Liviya Benqazidə Rusiya gəmilərinə qarşı ikinci hücumun qarşısını aldı
22:40 / 22-11-2026
MMA döyüşçüsü Əmir Əliyev Fransada təcavüz şübhəsi ilə həbs edilib
22:30 / 22-11-2026
Balkonlarında tonqal yandırmağa başlayıblar
22:27 / 22-11-2026
Dağ aşırımında dörd qadın turist itkin düşüb
22:24 / 22-11-2026
ABŞ və Çinin güc fərqi rekord həddə enib
22:19 / 22-11-2026
Rusiyanın Daimi Nümayəndəsi Ulyanov Avropa diplomatiyasının rəhbəri Kaja Kallasa məsləhət verdi
22:16 / 22-11-2026
İranda Hicab əleyhinə inqilab baş verir
20:26 / 22-11-2026
Slovakiya Xarici İşlər Nazirliyi Ukrayna münaqişəsində "könüllülər koalisiyası"nın əhəmiyyətini qiymətləndirib
20:21 / 22-11-2026
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
20:16 / 22-11-2026
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
20:03 / 22-11-2026
UNESCO Katibliyi rusiyalı jurnalistlərin ölümü ilə bağlı yalanlar yayır
20:00 / 22-11-2026
Çexiya Ukraynaya yardım etdiyinə görə AB büdcəsi layihəsindən narazıdır
19:56 / 22-11-2026
Sirkdə baş verən hadisədən sonra bir qız xəstəxanaya yerləşdirilib
19:46 / 22-11-2026
Pirotexniklər hava bombasını zərərsizləşdiriblər
NAXÇIVAN MUXTAR RESPUBLİKASI: MAKROİQTİSADİ İNKİŞAF VƏ ETİBARLI POTENSİAL
Tarix: 30-04-2020 23:46 | Bölmə: Sosial
Naxçıvan Muxtar Respubikası ölkənin makroiqtisadi proseslərinin səmərəli təşkili və idarə olunmasında mühüm təsiri ilə daha da böyük uğurlar qazanmaqdadır. Müasir müstəqillik illərinin çox mühüm sosial-iqtisadi inkişaf göstəricilərinə malik potensialla qarşıya qoyduğu hədəflərinə çevik şəkildə nail olan muxtar respublika güclü müqavimətə, etibarlı təminatqabiliyyətinə malik iqtisadiyyat qurmuşdur.
Təbii ki, bu, mövcud iqtisadi inkişafa və sosial dayanıqlığa etibarlılıq gətirməklə, onun uzunmüddətli perspektivlərinə olan ümidləri də artırmaqdadır. Bunu cari ilin ilk rübü üzrə makroiqtisadi göstəricilərin artım dinamikası da göstərir.
Şəkil 1
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında istehsal olunan ÜDM-nin həcmi (min manat)

Təhlillər göstərir ki, ÜDM-nin göstərilən illər üzrə artım dinamikası muxtar respublikada mövcud sosial-iqtisadi inkişaf mühitinin hazırkı mərhələdə də qətiyyətli davamlılığını ifadə etməkdədir. Qeyd edək ki, 2020-ci ilin ilk rübü ərzində ÜDM-nin həcmi 2011-ci ilin ilk rübünün göstəricisi ilə müqayisədə 1,7 dəfə artmışdır. Təkcə 2020-ci ilin yanvar - mart aylarındakı artım 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 faizdən çox olmuşdur.
Statistik göstəricilərin artan dinamikada təşəkkülü əlbəttə ki, muxtar respublikada ayrı-ayrılıqda iqtisadi inkişafın və sosial dayanıqlılığın, ümumi halda isə makroiqtisadi müqavimətliliyin bariz göstəricisinə çevrilməkdədir.Bu isə, iqtisadiyyatın aparıcı sahələri olaraq sənaye və kənd təsərrüfatı sahələrinin davamlı inkişafına dayaq olmaqdadır.
Cədvəl 1
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında sənaye və kənd təsərrüfatı məhsulları haqqında məlumat
min manat
Cədvəlin məlumatlarından görünür ki,2020-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sənaye məhsullarının istehsalı üzrə artım 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,6 dəfədən çox olmuşdur. Bu, bəhs olunan dövrdə kənd təsərrüfatı məhsulları üzrə 1,5 dəfədən çox təşkil etmişdir. Qeyd edək ki, 2020-ci ilin ilk rübündə muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcmi 2019-cu ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,1 faizdən çox olmuşdur. Bu, kənd təsərrüfatı məhsullarının həcmində 4 faizə yaxın təşkil etmişdir.
Makroiqtisadi sabitliyin etibarlılığı, sosial sahədəki islahatların effektivliyi, məşğulluq siyasətinin artan dinamikasının təminatı sahəsindəki tədbirlərin davamlılığı və digər çoxşaxəli tədbirlər Naxçıvan Muxtar Respublikanın milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da sürətləndirmişdir. Bu isə təbii ki, modern infrastruktur quruculuğu fonunda təmin olunmaqla, muxtar respublika iqtisadiyyatının sosiallaşma göstəricilərinin yüksələn xətt üzrə davamlılığını təmin etmişdir ki, bu da əhalinin firəvanlığına hesablanmışdır.ÜDM-nin strukturunda yer alan müvafiq göstəricilərin artan dinamikası bunu ifadə etməkdədir.
Şəkil 2
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda yük daşınması haqqında məlumat (min ton)

Statistik məlumatların təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin ilk rübü üzrə nəqliyyat sektorunda yük daşınması 2011-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,4 dəfə artmışdır. Digər tərəfdən, 2020-ci ilin yanvar-mart ayları üzrə nəqliyyat sektorunda yük daşınmasının həcmi 2019-cu ilin eyni dövrünün göstəricisindən 0,8 faizdən artıq olmuşdur.
Təbii ki, iqtisadiyyatın göstərilən dinamika üzrə inkişafı öz növbəsində sosiallaşma dəyərlərinin üstün tutulduğunu və əhalinin dövlət qayğısı ilə əhatə olunmasını göstərməkdədir.Bunlar milli iqtisadiyyatın uzunmüddətli perspektivləri üzrə ölkədə davam etdirilən islahatlarla çevik şəkildə səsləşən muxtar respublikada iqtisadiyyatın müqavimətliliyini və dayaqlarını daha da gücləndirməkdədir. Nəticədə isə təbii ki, pandemiya dövründə iqtisadi potensialın və sosial vəziyyətin səmərəliliyinin qorunması sahəsində münbit zəmin özünü göstərmiş oldu. Aşağıdakı şəklin məlumatlarında muxtar respublikada əhalinin etibarlı rabitə xidmətlərindən istifadəsini əks etdirən göstəricilər yer almaqdadır. Təbii ki, bu, həm də sosial və iqtisadi sahələr üzrə təminat mexanizminin artan səviyyədə təşkilini ifadə etməkdədir.
Şəkil 3
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətləri, o cümlədən, mobil rabitə haqqında məlumat (min manat)
Göründüyü kimi, informasiya və rabitə xidmətləri üzrə 2020-ci ilin ilk rübündə muxtar respublikada 2011-ci ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 1,4 dəfə artım qeydə alınmışdır. Bu, mobil rabitə üzrə 1,3 dəfə təşkil etmişdir. Bununla yanaşı, cari ilin yanvar-mart aylarında birincilər üzrə artım 2019-cu ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,1 faizdən, ikincilər üzrə isə 2,8 faizdən çox olmuşdur.
Makroiqtisadi inkişafın mühüm gösəricilərindən birini də pərakəndə əmtəə dövriyyəsi təşkil etməkdədir. Mülkiyyətə münasibət və bu əsasda təşəkkül tapan mülkiyyət münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istehsal münasibətlərinin də davamlı inkişafına stimul vermişdir. Ötən dövrlər üzrə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yerli məhsul istehsalı şəbəkəsi daha da genişlənmiş və artıq muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Qeyd edək ki, bu göstəricinin 126 növünü ərzaq, 257 növünü isə qeyri-ərzaq məhsulları təşkil edir. Hazırda əhalinin 108-i ərzaq (və ya ümumi ərzaq məhsulları növünün 85,7 faizdən artığı), 242-si qeyri-ərzaq (və ya ümumi qeyri-ərzaq məhsulları növünün 94,2 faizini) olmaqla350 növdə məhsula olan tələbat (və ya ümumi məhsul növünün 91,4 faizi) tamamilə yerli imkanlar hesabına ödənilməkdədir. Bununla yanaşı, geridə qalan 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması bu sahədəki proseslərin səmərəli təşkili və idarə olunmasında əhəmiyyətli rola malik olmuşdur. Təbii ki, bütün bunların məhsuldarlığının artırılmasında regional inkişafın təmin olunması sahəsindəki tənzimləmələrin, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının, eyni zamanda, digər hüquqi, sosial və iqtisadi mexanizmlərin mühüm əhəmiyyətini qeyd etmək lazımdır.Əlbəttə ki, bunlar muxtar respublikada yerli istehsal imkanlarının artırılması ilə yanaşı, həm də əmtəə dövriyyəsinin səmərəliliyini və nəticə etibarı ilə əhalinin artan təlabatlarının qarşılanması sahəsindəki əlçatanlığı ifadə etməkdədir.
Şəkil 4
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında pərakəndə əmtəə dövriyyəsi haqqında məlumat (min manat)

Statistik göstəricilərəsasında tərtib etdiyimiz şəklin məlumatlarından aydın olur ki, cari ilin ilk rübü də daxil olmaqla, muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi artan miqyasda davam etmiş və 2011-ci ilin ilk rübünün göstəricisi ilə müqayisdə 2,4 dəfə artmışdır. Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında müvafiq göstəricinin həcmi bir il əvvəlin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,7 faiz çoxdur.
Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyətə malik olacaq və pandemiya dövründə müqavimətliliyi daha da artırmaqla, qarşıdakı dövrlər üzrə perspektivliliyi gücləndirəcək mühüm tənzimləmə kimi ölkə başçısının 23 aprel 2020-ci il tarixli Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamını xüsusilə qeyd etmək lazımdır. Həmin Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.46.5-ci yarımbəndində göstərilmiş 1,0 (bir) milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması nəzərdə tutulmuşdur. Bu, bütün tərəfləri ilə, muxtar respublikanın makroiqtisadi potensialında aqrar sektorun çəkisinin artmasına, regionlarda təsərrüfatların fəaliyyətindəsəmərəliliyə və kəndlərin iqtisadi inişafına, məskunlaşmanın və məşğulluğun stimullaşmasına, eyni zamanda, istehsalın məhsuldarlıq göstəricilərinin daha da yüksəlməsinə daha münbit zəmin yaradacaq.
Beləliklə, təhlillər göstərir ki, muxtar respublikada reallaşan sosial-iqtisadi tədbirlər milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri – neft sektorunun perspektivlərinin gücləndirilməsinə və uzunmüddətli hədəflərin reallaşmasına birbaşa xidmət etməkdədir.
Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 093
Bölməyə aid digər xəbərlər
Tarix: 30-04-2020 23:46 | Bölmə: Sosial
Naxçıvan Muxtar Respubikası ölkənin makroiqtisadi proseslərinin səmərəli təşkili və idarə olunmasında mühüm təsiri ilə daha da böyük uğurlar qazanmaqdadır. Müasir müstəqillik illərinin çox mühüm sosial-iqtisadi inkişaf göstəricilərinə malik potensialla qarşıya qoyduğu hədəflərinə çevik şəkildə nail olan muxtar respublika güclü müqavimətə, etibarlı təminatqabiliyyətinə malik iqtisadiyyat qurmuşdur. Təbii ki, bu, mövcud iqtisadi inkişafa və sosial dayanıqlığa etibarlılıq gətirməklə, onun uzunmüddətli perspektivlərinə olan ümidləri də artırmaqdadır. Bunu cari ilin ilk rübü üzrə makroiqtisadi göstəricilərin artım dinamikası da göstərir.
Şəkil 1
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında istehsal olunan ÜDM-nin həcmi (min manat)

Təhlillər göstərir ki, ÜDM-nin göstərilən illər üzrə artım dinamikası muxtar respublikada mövcud sosial-iqtisadi inkişaf mühitinin hazırkı mərhələdə də qətiyyətli davamlılığını ifadə etməkdədir. Qeyd edək ki, 2020-ci ilin ilk rübü ərzində ÜDM-nin həcmi 2011-ci ilin ilk rübünün göstəricisi ilə müqayisədə 1,7 dəfə artmışdır. Təkcə 2020-ci ilin yanvar - mart aylarındakı artım 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 faizdən çox olmuşdur.
Statistik göstəricilərin artan dinamikada təşəkkülü əlbəttə ki, muxtar respublikada ayrı-ayrılıqda iqtisadi inkişafın və sosial dayanıqlılığın, ümumi halda isə makroiqtisadi müqavimətliliyin bariz göstəricisinə çevrilməkdədir.Bu isə, iqtisadiyyatın aparıcı sahələri olaraq sənaye və kənd təsərrüfatı sahələrinin davamlı inkişafına dayaq olmaqdadır.
Cədvəl 1
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında sənaye və kənd təsərrüfatı məhsulları haqqında məlumat
min manat
| İlər | Makroiqtisadi göstəricilər | |
| Sənaye məhsulu | Kənd təsərrüfatı məhsulu | |
| 2011 | 152890,3 | 19323,9 |
| 2012 | 181350,6 | 20471,6 |
| 2013 | 207184,2 | 21153,3 |
| 2014 | 215778,6 | 22421,3 |
| 2015 | 222727,9 | 23741,1 |
| 2016 | 229269,5 | 25218,5 |
| 2017 | 234860,6 | 26400,4 |
| 2018 | 241042,0 | 27510,2 |
| 2019 | 246510,0 | 28530,1 |
| 2020 | 251769,6 | 29652,8 |
Cədvəlin məlumatlarından görünür ki,2020-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasının sənaye məhsullarının istehsalı üzrə artım 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,6 dəfədən çox olmuşdur. Bu, bəhs olunan dövrdə kənd təsərrüfatı məhsulları üzrə 1,5 dəfədən çox təşkil etmişdir. Qeyd edək ki, 2020-ci ilin ilk rübündə muxtar respublikada istehsal olunan sənaye məhsulunun həcmi 2019-cu ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,1 faizdən çox olmuşdur. Bu, kənd təsərrüfatı məhsullarının həcmində 4 faizə yaxın təşkil etmişdir.
Makroiqtisadi sabitliyin etibarlılığı, sosial sahədəki islahatların effektivliyi, məşğulluq siyasətinin artan dinamikasının təminatı sahəsindəki tədbirlərin davamlılığı və digər çoxşaxəli tədbirlər Naxçıvan Muxtar Respublikanın milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da sürətləndirmişdir. Bu isə təbii ki, modern infrastruktur quruculuğu fonunda təmin olunmaqla, muxtar respublika iqtisadiyyatının sosiallaşma göstəricilərinin yüksələn xətt üzrə davamlılığını təmin etmişdir ki, bu da əhalinin firəvanlığına hesablanmışdır.ÜDM-nin strukturunda yer alan müvafiq göstəricilərin artan dinamikası bunu ifadə etməkdədir.
Şəkil 2
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda yük daşınması haqqında məlumat (min ton)

Statistik məlumatların təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin ilk rübü üzrə nəqliyyat sektorunda yük daşınması 2011-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,4 dəfə artmışdır. Digər tərəfdən, 2020-ci ilin yanvar-mart ayları üzrə nəqliyyat sektorunda yük daşınmasının həcmi 2019-cu ilin eyni dövrünün göstəricisindən 0,8 faizdən artıq olmuşdur.
Təbii ki, iqtisadiyyatın göstərilən dinamika üzrə inkişafı öz növbəsində sosiallaşma dəyərlərinin üstün tutulduğunu və əhalinin dövlət qayğısı ilə əhatə olunmasını göstərməkdədir.Bunlar milli iqtisadiyyatın uzunmüddətli perspektivləri üzrə ölkədə davam etdirilən islahatlarla çevik şəkildə səsləşən muxtar respublikada iqtisadiyyatın müqavimətliliyini və dayaqlarını daha da gücləndirməkdədir. Nəticədə isə təbii ki, pandemiya dövründə iqtisadi potensialın və sosial vəziyyətin səmərəliliyinin qorunması sahəsində münbit zəmin özünü göstərmiş oldu. Aşağıdakı şəklin məlumatlarında muxtar respublikada əhalinin etibarlı rabitə xidmətlərindən istifadəsini əks etdirən göstəricilər yer almaqdadır. Təbii ki, bu, həm də sosial və iqtisadi sahələr üzrə təminat mexanizminin artan səviyyədə təşkilini ifadə etməkdədir.
Şəkil 3
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətləri, o cümlədən, mobil rabitə haqqında məlumat (min manat)
Göründüyü kimi, informasiya və rabitə xidmətləri üzrə 2020-ci ilin ilk rübündə muxtar respublikada 2011-ci ilin müvafiq dövrünün eyni göstəricisi ilə müqayisədə 1,4 dəfə artım qeydə alınmışdır. Bu, mobil rabitə üzrə 1,3 dəfə təşkil etmişdir. Bununla yanaşı, cari ilin yanvar-mart aylarında birincilər üzrə artım 2019-cu ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 2,1 faizdən, ikincilər üzrə isə 2,8 faizdən çox olmuşdur. Makroiqtisadi inkişafın mühüm gösəricilərindən birini də pərakəndə əmtəə dövriyyəsi təşkil etməkdədir. Mülkiyyətə münasibət və bu əsasda təşəkkül tapan mülkiyyət münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması istehsal münasibətlərinin də davamlı inkişafına stimul vermişdir. Ötən dövrlər üzrə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yerli məhsul istehsalı şəbəkəsi daha da genişlənmiş və artıq muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Qeyd edək ki, bu göstəricinin 126 növünü ərzaq, 257 növünü isə qeyri-ərzaq məhsulları təşkil edir. Hazırda əhalinin 108-i ərzaq (və ya ümumi ərzaq məhsulları növünün 85,7 faizdən artığı), 242-si qeyri-ərzaq (və ya ümumi qeyri-ərzaq məhsulları növünün 94,2 faizini) olmaqla350 növdə məhsula olan tələbat (və ya ümumi məhsul növünün 91,4 faizi) tamamilə yerli imkanlar hesabına ödənilməkdədir. Bununla yanaşı, geridə qalan 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması bu sahədəki proseslərin səmərəli təşkili və idarə olunmasında əhəmiyyətli rola malik olmuşdur. Təbii ki, bütün bunların məhsuldarlığının artırılmasında regional inkişafın təmin olunması sahəsindəki tənzimləmələrin, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının, eyni zamanda, digər hüquqi, sosial və iqtisadi mexanizmlərin mühüm əhəmiyyətini qeyd etmək lazımdır.Əlbəttə ki, bunlar muxtar respublikada yerli istehsal imkanlarının artırılması ilə yanaşı, həm də əmtəə dövriyyəsinin səmərəliliyini və nəticə etibarı ilə əhalinin artan təlabatlarının qarşılanması sahəsindəki əlçatanlığı ifadə etməkdədir.
Şəkil 4
Müxtəlif illərin ilk rübündə Naxçıvan Muxtar Respublikasında pərakəndə əmtəə dövriyyəsi haqqında məlumat (min manat)

Statistik göstəricilərəsasında tərtib etdiyimiz şəklin məlumatlarından aydın olur ki, cari ilin ilk rübü də daxil olmaqla, muxtar respublikada pərakəndə əmtəə dövriyyəsinin həcmi artan miqyasda davam etmiş və 2011-ci ilin ilk rübünün göstəricisi ilə müqayisdə 2,4 dəfə artmışdır. Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında müvafiq göstəricinin həcmi bir il əvvəlin eyni dövrünün göstəricisi ilə müqayisədə 1,7 faiz çoxdur.
Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyətə malik olacaq və pandemiya dövründə müqavimətliliyi daha da artırmaqla, qarşıdakı dövrlər üzrə perspektivliliyi gücləndirəcək mühüm tənzimləmə kimi ölkə başçısının 23 aprel 2020-ci il tarixli Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamını xüsusilə qeyd etmək lazımdır. Həmin Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.46.5-ci yarımbəndində göstərilmiş 1,0 (bir) milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması nəzərdə tutulmuşdur. Bu, bütün tərəfləri ilə, muxtar respublikanın makroiqtisadi potensialında aqrar sektorun çəkisinin artmasına, regionlarda təsərrüfatların fəaliyyətindəsəmərəliliyə və kəndlərin iqtisadi inişafına, məskunlaşmanın və məşğulluğun stimullaşmasına, eyni zamanda, istehsalın məhsuldarlıq göstəricilərinin daha da yüksəlməsinə daha münbit zəmin yaradacaq.
Beləliklə, təhlillər göstərir ki, muxtar respublikada reallaşan sosial-iqtisadi tədbirlər milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri – neft sektorunun perspektivlərinin gücləndirilməsinə və uzunmüddətli hədəflərin reallaşmasına birbaşa xidmət etməkdədir.
Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 093
Bölməyə aid digər xəbərlər
Bu gün, 20:12
Miqrantlar üçün patentlərin ləğvini təklif etdi
Bu gün, 18:39
İşdən çıxarıldığı gün mükafat almalı imiş... - Yenilənib
Bu gün, 18:31
Millət vəkili vətəndaşlarla görüş keçirib
Dünən, 22:27
Dağ aşırımında dörd qadın turist itkin düşüb
Dünən, 19:21
Otellər və suvenir mağazaları yanıb
21-11-2026, 16:47
Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı
20-11-2026, 11:01
“Böyük vədlərlə başlamaq istəməzdim” - Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
19-11-2026, 08:58
Məktəbdə ayı xəbərindən sonra dərslər ləğv edildi
17-11-2026, 18:32
Təmizlikçi qadın maaşının gecikməsi səbəbindən vəfat edib
17-11-2026, 14:14
Hakerlər Zoom, IKEA və 176 digər təşkilatın veb saytlarını zərərli kodla yoluxdurublar
16-11-2026, 17:57
Uşaq bağçasında uşaqların zəhərlənməsi ilə bağlı istintaq başlayıb
16-11-2026, 11:58
Qazaxıstan iki ay müddətində toyuq yumurtası idxalını qadağan etdi
15-11-2026, 19:25
Putinin tərcüməçisi sosial media ulduzuna çevrilib və onun populyarlığına cavab verib
15-11-2026, 18:24
Yaşayış binasını vuran PUA işə düşmədi
15-11-2026, 17:34
Məbədlə üzbəüz striptiz klubunun açılmasından hiddətləniblər
15-11-2026, 17:31
Alimlər kraterə bənzər diametri 7 kilometr olan çökəklik aşkar ediblər
12-11-2026, 23:02
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
12-11-2026, 22:48
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
11-11-2026, 22:00
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
11-11-2026, 21:28
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
10-11-2026, 23:00
Həkim iki yaşlı oğlanın ölümünə görə mühakimə olunacaq
10-11-2026, 18:37
Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqlarının dili açıqlanıb
10-11-2026, 18:11
Qazaxıstan Rusiyaya ayda təxminən 8000 ton benzin ixrac edir
10-11-2026, 17:43
Rusiyada yazdan bəri ayı hücumlarından 33 nəfər ölüb
9-11-2026, 17:25
Qısaqapanmalar və elektrik xətlərinin qırılması səbəbindən 89 yaşayış məntəqəsi elektriksiz qalıb
5-11-2026, 18:31
Sakinlərin kütləvi zəhərlənməsinin səbəbi müəyyən edilib
3-11-2026, 18:55
Dəvələrin tutulmasının görüntüləri yayılıb
3-11-2026, 15:42
Hesabları 20.000 rubl vergi borcu səbəbindən dondurulub
30-10-2026, 19:12
Leyla Əliyeva ənənəvi Payız festivalında - Fotolar
29-10-2026, 20:21
15 milyon rubl ödəməyi əmr etdi
29-10-2026, 10:01
Mədəndən tüstü səbəbindən 79 nəfər təxliyə edilib
28-10-2026, 20:53
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
28-10-2026, 20:32
Yoqa dərsindən sonra insult keçirib
28-10-2026, 16:41
Rusiya ilin əvvəlindən bəri Afrikaya 13 milyon ton taxıl ixrac edib
27-10-2026, 23:35
Putin Rusiya universitetlərində təxminən 10.000 iranlının təhsil aldığını açıqladı
27-10-2026, 09:10
Uşaq bağçasında yeddi bağırsaq infeksiyası hadisəsi aşkar edilib
26-10-2026, 23:46
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
26-10-2026, 21:31
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
26-10-2026, 20:50
16 mindən çox müştəri elektriksiz qalıb













