22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Baş Nazirdən tibbi maskalarla bağlı yeni qərar
Tarix: 27-04-2020 21:32 | Bölmə: Sosial

                 Baş Nazirdən tibbi maskalarla bağlı yeni qərar

Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.



Baxış sayı: 502


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu