22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Martın 1-dən kreditini ödəyə bilməyənlərə şad xəbər!
Tarix: 25-04-2020 13:06 | Bölmə: Sosial

                    Martın 1-dən kreditini ödəyə bilməyənlərə şad xəbər!

Deputat Vüqar Bayramov Mərkəzi Bankın kredit borcu olanlar, bütövlükdə banklar və maliyyə xidmətləri sektoru üçün elan etdiyi güzəşt paketini şərh edib. 
“Qafqazinfo” xəbər verir ki, V. Bayramov feysbuk hesabında bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək: “Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri Fondun razılığı əsasında bu il sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına 01 mart 2020-ci il tarixinə kimi verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb.
Əsas məqamlardan biri kredit borcu olanlarla bağlıdır. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə edilir. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib. 
Sənədə əsasən, bu il martın 1-i vəziyyətinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci ilədək kredit bürosuna xüsusi qeydlə təqdim olunacaq (borcalanın kredit tarixçəsinin pisləşdirilməməsi). 
Yəni, əgər vətəndaşımızın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, o onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək. Paket maliyyə bazarlarında digər sektorları da əhatə edir. Etiraf etmək lazımdır, güzəşt paketi sistemlidir və pandemiyanın maliyyə bazarı iştirakçılarına təsirlərini minimumlaşdırmağa imkan verəcək”.



Baxış sayı: 573


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu