Bütün xəbərlər
Gəncədən başlanan pulsuz maska istehsalına Lənkəran da qoşuldu
Tarix: 22-04-2020 22:54 | Bölmə: Sosial
Gəncədən başlayan pulsuz maska istehsalı aksıyasına 4 rayon- Bakının Səbail rayonu , Nərimanov rayonu, Xaçmaz rayonu və Lənkaran rayonu qoşulub. İnanırıq ki, Gəncədən başlayan bu pulsuz maska istehsalı aksıyasına tezliklə bütün ölkə qoşulacaq.
“Sahibkar Qadınlar” İctimai Birliyinin Lənkəran rayonu üzrə sədri Zərnitac İsmayılova bildirib ki, ilk olaraq bu təşəbbüsə Gəncədə qoşulublar. O daha sonra deyib: "Qərara gəldim ki, "Fəxriyyə Xələfovanın maska hazırlamaq təşəbbüsünə qoşularaq məndə Lənkəran rayonunda maska istehsal eləyim, imkansız adamlara paylayım. Bundan başqa evdə oturan 10 nəfər dərzi xanımı da bu işə cəlb etmişəm. Artıq maskalar hazırdır. Birinci, maskanı Lənkərandakı Osman Mirzəyev adına uşaq evinə göndərəcəyəm".
Kamran Orucov
Sabaha-inamla.Az

                


Baxış sayı: 802


Bölməyə aid digər xəbərlər