Bütün xəbərlər
Məktəblilərimiz Avropa Olimpiadasında 3 medal qazandı
Tarix: 21-04-2020 21:22 | Bölmə: Sosial

                   Məktəblilərimiz Avropa Olimpiadasında 3 medal qazandı

Virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) başa çatıb.
“Qafqazinfo” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sözügedən elm yarışında Azərbaycanı təmsil edən nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı uğurla çıxış edərək bürünc medal qazanıblar.
Qeyd edək ki, builki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird bilik və bacarıqlarını sınayıb. Məktəblilərimiz bu il 4-cü dəfədir ki sözügedən elm yarışına qatılıb.
Ümumi nəticələrlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: 
https://www.egmo.org/registration/2020/person?@template=scoreboard


Baxış sayı: 504


Bölməyə aid digər xəbərlər