22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sumqayıtda məktəb direktorları və müəllimlər qanvermə aksiyasında iştirak ediblər
Tarix: 20-04-2020 22:25 | Bölmə: Sosial
Azərbaycanda talassemiya və hemofiliyalı xəstələr dövlət qayğısı ilə əhatə olunublar. Ölkəmizdə bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıb. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.
Sumqayıt şəhər Təhsil şöbəsindən Sabaha-inamla.Az-ın əməkdaşına bildiriblər ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsünə cavab olaraq, qeydiyyata alınmış və hər ay qan köçürülməsinə ehtiyac duyan uşaqlara dəstək vermək, onlar üçün tədarük edilən qan ehtiyatını artırmaq məqsədilə  məktəb direktorları və müəllimlər Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasında qanvermə aksiyasında iştirak ediblər.
Günel Məmmədli
Sabaha-inamla.Az










Baxış sayı: 1 419


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu