22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Gənc prorektor sərhəd bölgəsindəki aztəminatlı ailələrə yardım göndərdi
Tarix: 19-04-2020 17:15 | Bölmə: Sosial

                  Gənc prorektor sərhəd bölgəsindəki aztəminatlı ailələrə yardım göndərdi


Bütün dünyada qlobal pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Bakı Avrasiya Universitetinin ümumi işlər üzrə prorektoru Günhan Hüseynli də ölkə başçısının çağırışına dəstək verərək Gədəbəy rayonunun sərhəd bölgəsi olan Şınıx kəndində 50 aztəminatlı ailələrə yardım göndərib.
Ali təhsil müəssisəsinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, yardım bu gün həmin ailələrin üzvlərinə çatdırılıb.
Eyni zamanda, Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli saytımıza açıqlamasında bildirib ki, ölkə prezidentinin iradəsi və aldığı önləyici tədbirlər nəticəsində xalqımız bu xəstəlikdən minimum zərərlə çıxmaq ərəfəsindədir və bunun üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. O qeyd edib ki, dövlətin siyasətinə uyğun olaraq, ölkə miqyasında tətbiq olunan karantin rejimində aztəminatlı ailələrə yardım kampaniyası uğurla davam etməsi onu göstərir ki, bu kimi ağır zamanlarda rəhbər necə ki, öz xalqının yanındadır, xalq da öz rəhbərinin yanındadır .



Baxış sayı: 503


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu