22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“190 manat istirahətə getməyə yox, evdə oturmağa görə verilir”
Tarix: 15-04-2020 19:36 | Bölmə: Sosial

              “190 manat istirahətə getməyə yox, evdə oturmağa görə verilir”


“190 manat heç nə etməməyə görə verilir”. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. 
O bildirib ki, bu məbləğ koronavirusdan zərər görmüş vətəndaşlar üçün görülən tədbirlər paketinin içində kiçik görünə bilər: “50 min iş yeri yaradılacaq, 90 min adam ictimai işlərə cəlb olunacaq. Onlar 300 manat məbləğində maaşla təmin olunacaq.
1500 şəhid ailəsinə mənzil veriləcək. 150 milyon manat əhalinin aztəminatlı təbəqəsinin həyatının yüngülləşdirilməsinə sərf olunacaq. Sahibkarlara dəstək olunur. Pensiyaların artırılması da gözlənilir. Sosial siyasət davam etdiriləcək. 190 manat istirahətə getməyə, paltar almağa verilmir, evdə oturub heç nə etməməyə görə verilir. 190 manatı ayırıb xüsusi müzakirə etmək lazım deyil”. 



Baxış sayı: 549


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu