22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Millət Vəkili Rəşad Mahmudov: “Bir-Birimizə Olan Sevgimizi, Bağlılığımızı, Anlayışımızı, Dəstəyimizi Və Həmrəyliyimizi Hiss Etmək, Yaşamaq Və Yaşatmaq Gözəl Hisslərdir”
Tarix: 09-04-2020 18:35 | Bölmə: Sosial


Millət vəkili, tanınmış kardocərrah, tibb elmləri doktoru Rəşad Mahmudov indiki xüsusi karantin rejimi dövründə sosial baxımdan həssas ailələrə maddi və mənəvi yardım edilməsinin təqdirəlayiq və şərəfli bir missiya olduğunu bildirib.
İstixeber.com xəbər verir ki, O, şəxsi “facebook” səhifəsində bununla bağlı paylaşım edərək yazıb: ” Belə bir deyim var ki, sağ əlin verdiyini, sol əl bilməməlidir. Bu deyimin fəlsəfəsini son 5 ildə pozmamağa çalışdım, amma pozmaq məcburiyyətindəyəm bu gün. Niyə…..? Özümü, bizi və hamımızı daha da ruhlandıraraq bir-birimizə olan sevgimizi, bağlılığımızı, anlayışımızı, dəstəyimizi və həmrəyliyimizi hiss etmək, yaşamaq və yaşatmaq üçün… COVİD Bizdən çox şey alır, eyni zamanda Bizə çox şey də öyrədir və bəlkə də uzun zaman yaşamadığımız duyğuları hiss etdirir, xatırladır. Seçilmiş oldugum Astara rayonunda 20 gün içində Rayon İcra Hakimiyyəti başda olmaqla, iş adamları, xeyriyyəçilər, Rusiyada yaşayan həmvətənlərimiz və dostlarımız sayəsində 1500-ə yaxın ailəyə ərzaq köməkliyi olunub və bu aksiya hazırda da davam edir. Qarlı dağların zirvəsində yaşayan ailələr xatırlanarkən, onların üzündəki sevgi dolu təbəssümü sözlə ifadə etmək çox çətindir. Bu hissləri bizə yaşadan dövlətimizə, dostlarımıza, xeyriyyəçilərə, könüllülərə və əməyi keçən hər kəsə ƏHSƏN !!! PS: bu arada aprel ayı, qar və Astara!!! Eşitmədim, görmədim. Təki bolluq və bərəkət gətirsin!”



Baxış sayı: 422


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu