22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Milli Məclisin sədr müavini Adil Əliyev növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulunu həyata keçirib
Tarix: 04-04-2020 16:25 | Bölmə: Sosial

Dostlar bu gün, Azərbaycan Respublikası Milli Məclisin sədr müavini olaraq tərəfimdən növbəti dəfə onlayn rejimdə vətəndaşların qəbulu həyata keçirilmişdir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilmiş, müraciətlərin həll olunması istiqamətində zəruri işlər görülmüşdür.
Sabaha-inamla.Az bildirir ki,bunu sosial şəbəkədə  Milli Məclisin sədr müavini Adil Əliyev yazıb: "Habelə, qəbul zamanı vətəndaşlara cənab Prezidentin tapşırığı ilə koronovirus (Covid19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər, hazırlanmış sosial-iqtisadi paket barədə məlumat verilmiş, cənab Prezidentin göstərişlərinə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına ciddi şəkildə riayət etmək tövsiyə edilmişdir.
Nəzərinizə çatdırım ki, bu gün 40 ailəyə maddi, mənəvi və psixoloji yardım göstərilmişdir. Bu işdə əziyyəti olan dostlarıma, qərargahımızın könüllülərinə, dərin təşəkkürümü bildirirəm"






Baxış sayı: 609


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu