22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Banklar və kredit təşkilatları kreditləri dondursun” - Deputat
Tarix: 29-03-2020 13:40 | Bölmə: Sosial

                  “Banklar və kredit təşkilatları kreditləri dondursun”

“Banklar və kredit təşkilatları, məişət avadanlıqları satan şirkətkər əhalinin kredit borclarını müəyyən müddətə dondursunlar”.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev “Qafqazinfo”ya açıqlamasında deyib. O bildirib ki, artıq ölkəmizdə xüsusi karantin rejimi elan olunub: “Bu müddət ərzində vətəndaşlarımızın çölə çıxması müəyyən dərəcədə məhdudlaşdırılıb. Sevindirici haldır ki, ötən gün "İrşad Elektronics" və "Kontakt home" şirkətləri müştərilərini düşünərək onların bir aylıq kredit borclarını dondurdular.
Fürsətdən istifadə edib bankları və kredit təşkilatlarını, məişət avadanlıqları satan şirkətləri də bu addımı atmağa çağırıram. Çünki bu müddət ərzində vətəndaşlarımızın çölə çıxması təhlükəlidir. Həmçinin unutmayaq ki, günəmuzd çalışan insanlar da var. Gəlirlər müəyyən dərəcədə azalıb və bu baxımdan da kreditləri ödəmək çətinləşib. Cənab Prezident çıxışlarında vurğuladı ki, dövlət sahibkarların və günəmuzd çalışanların yanındadır və onları dəstəkləyəcək".



Baxış sayı: 551


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu