22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Koronavirusla bağlı testin cavabı hansı müddətə açıqlanır? - Video
Tarix: 29-03-2020 01:08 | Bölmə: Sosial

                  Koronavirusla bağlı testin cavabı hansı müddətə açıqlanır?

"Bəzi vətəndaşlarımız  “qaynar xətt”ə müraciət etməkdən çəkinirlər. Çəkinirlər ki, müraciət etsələr, karantinə alınacaqlar"
"Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı AzTV-yə bildirib.
Qurum rəhbəri qeyd edib ki, “qaynar xətt”ə real zənglər etmək lazımdır. Xətti əlavə yüklə yükləmək olmaz:
"Buraya yuxarı tənəffüs yolu simptomu olan şəxslər müraciət etməlidir. Şübhəli haldırsa, bizim həkimlərimiz gəlib onlardan müayinə materialı götürəcək. Cavablar 1-2 gün ərzində bəlli olur. Əgər pozitiv haldırsa, onlar xüsusi rejimli xəstəxanaya yerləşdiriləcəklər. Əgər neqativdirsə, onlar rahat ola biləcəklər".
Qeyd edək ki, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 və ya 15-42 nömrəli "qaynar xətt"lərə zəng etmək ciddi tövsiyə olunub. 
                



Baxış sayı: 702


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu