22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rayon qeydiyyatında olub Bakıda işləyənlərlə bağlı - DİN-dən açıqlama
Tarix: 24-03-2020 12:56 | Bölmə: Sosial

                    Rayon qeydiyyatında olub Bakıda işləyənlərlə bağlı

Daxili İşlər Nazirliyi ailə üzvlərindən biri Bakı qeydiyyatı olan və paytaxtda işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmaması məsələsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu cür məsələlərə polis postunda yerindəcə qərar veriləcək.
"Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa, onların sənədləri yoxlanılacaq və bu məsələ müsbət formada öz həllini tapacaq. Misal üçün, ər Bakı qeydiyyatıdır, həyat yoldaşı rayon qeydiyyatıdırsa, onlar hər ikisi Bakıya buraxılacaq", - deyə nazirlik rəsmisi bildirib.



Baxış sayı: 604


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu