22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Ambulansla Bakıya sərnişin daşıyan sürücü ilə bağlı - Rəsmi açıqlama+Video
Tarix: 23-03-2020 12:19 | Bölmə: Sosial

                Ambulansla Bakıya sərnişin daşıyan sürücü ilə bağlı


Baş Dövlət Yol Polisi İdarəsi təcili tibbi yardım avtomobilində rayon qeydiyyatında olan şəxslərin Bakıya daxil olmasına cəhd edilməsinə münasibət bildirib.
İdarənin Mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin sürücü Şamaxı yolunun 31-ci kilometrliyində yerləşən müvəqqəti postda saxlanılıb:
“Həmin avtomobildə sürücüdən başqa tibbi personalı olmayıb. Öndə oturan iki nəfər və arxa hissədə olan iki nəfər də rayon qeydiyyatı olan şəxslərdir. Onlar geri qaytarılıb. Sürücünün bu hərəkəti barədə müvafiq orqanlara məlumat verilib. Bununla bağlı həmin qurumlar qərar qəbul etməlidir. Sürücü də operativ nəqliyyat vasitəsi idarə etdiyi üçün saxlanılmayıb. Lakin onun bu hərəkəti bu günlərdə ən çox əziyyət çəkənlərdən biri olan həkimlərin əməyinə ləkə vura bilməz, sadəcə xoşagəlməz bir haldır”.
                



Baxış sayı: 470


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu