21:07 / 07-10-2026
Zaporojyedə kabelli körpüyə hava bombası zərbələrinin videosu yayılıb
21:04 / 07-10-2026
Ekspert Trampın Yəməndəki münaqişəyə müdaxilə etməyəcəyini bildirib
20:58 / 07-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqının hərbi-siyasi bloka çevrildiyini elan etdi
20:55 / 07-10-2026
Rusiyanın Antalyadakı Baş Konsulluğu rus paraplançısının ölümünü təsdiqlədi
20:52 / 07-10-2026
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 6600-ü keçib
20:49 / 07-10-2026
Hollandiya Ukraynaya hərbi yardım göstərməyin səmərəsiz olduğunu etiraf edib
20:32 / 07-10-2026
Qızıl internat məktəbinin yaxınlığında ayı göründü
20:24 / 07-10-2026
Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb
20:20 / 07-10-2026
Rusiyalı paraşütçü turist Türkiyədə vəfat etdi
20:17 / 07-10-2026
Qonşusunu öldürməkdə ittiham olunaraq həbs edilib
20:13 / 07-10-2026
29 il əvvəl törədilmiş qətlə görə yeni cəza alıb
20:09 / 07-10-2026
Türkiyə iki il ərzində Starlink peyk ekvivalentlərini kosmosa göndərmək niyyətindədir
20:05 / 07-10-2026
Pilot təyyarə qəzasına görə mühakimə olunacaq
20:01 / 07-10-2026
Amerikalı analitik Merzin ritorikasına görə Almaniya üçün risklər barədə xəbərdarlıq etdi
19:56 / 07-10-2026
Rusiya millisi FIFA reytinqində Ukrayna komandasını geridə qoydu
19:52 / 07-10-2026
Finlandiya təqaüd yaşını tədricən 70-ə qaldırmağı təklif edir
19:48 / 07-10-2026
Baltik dənizi üzərində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi müşahidə edilib
19:44 / 07-10-2026
Naməlum şəxslər Odessa yaxınlığındakı Borivaj dəniz terminalını ikinci dəfə ələ keçiriblər
19:41 / 07-10-2026
Rusiya səs girişindən istifadə edərək dron dəstəsini idarə etmək üçün bir sistem hazırlayıb
19:36 / 07-10-2026
Lavrov bildirib ki, ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini başa düşür
20:41 / 06-10-2026
İki sakin 18 yaşlı qıza təcavüz edib
20:36 / 06-10-2026
İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
20:18 / 06-10-2026
Rəşid dünya üçüncüsü oldu
20:04 / 06-10-2026
Fazil Məmmədov nazir müavini təyin olundu
19:38 / 06-10-2026
ABŞ Dövlət Katibi Marko Rubioya İslandiyada "P-8A Poseidon" kəşfiyyat təyyarəsi göstərilib
19:25 / 06-10-2026
İsveç Polşada "Patriot" hava hücumundan müdafiə sistemi yerləşdirəcək
19:21 / 06-10-2026
Jurnalist bildirib ki, Fransadakı etirazçılar nə etdiklərini bilmirlər
19:15 / 06-10-2026
Marko Rubio Ukraynanın NATO üzvlüyünün hazırda müzakirə mövzusu olmadığını bildirdi
19:13 / 06-10-2026
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
19:09 / 06-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Gümrü hərbi bazası ilə bağlı Ermənistanla müzakirəyə hazır olduğunu bildirib
19:06 / 06-10-2026
Baş verən yanğında nənə və nəvə ölüb
19:03 / 06-10-2026
Şərqşünas ABŞ-ın İran üzərində qələbəsini nə hesab edəcəyini izah etdi
19:00 / 06-10-2026
Seul Kiyevi qətiyyətli tədbirlərlə hədələyir
18:56 / 06-10-2026
Dələduzluqda təqsirli bilinən bloger şərti azadlığa buraxıla bilər
18:52 / 06-10-2026
Yeniyetmə babasını ölümcül şəkildə döyməkdə ittiham olunur
40 günlük körpəyə açıq məktub - Millət vəkili yazır
Tarix: 23-03-2020 01:15 | Bölmə: Sosial

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili, tanınmış cərrah Rəşad Mahmudov daha bir uğurlu ürək əməliyyatı həyata keçirib. 40 günlük körpə üzərində aparılan əməliyyatdan sonra R.Mahmudov öz təəssüratlarını ifadə edən məktubu sosial şəbəkə hesabında paylaşıb. Modern.az həmin məktubu oxuculara təqdim edir:
Əziz körpə balamız!
Bu gün adi gün deyil – bazar günüdür! Bu gün heç adi ay da deyil – Martdır, əziz Novruz bayramının ilk günüdür, torpağa yeni nəfəs, yeni can gələn bir gündür! Hansı ildir – onu yazmayacam! Fərq eləməz mənimçün, amma nə sən, nə də bütün dünya bu ili xatırlamaq, bu illə öyünmək istəməz. Çünkü hamı, bütün aləm məşum bir səssizlik içindədi; bəşər qorxu və kədərlə içinə qapılıb, hər səhərin açılmasını həyəcan dolu bir ümidlə gözləyir. Səninsə bundan xəbərin yoxdu, hələ dünya sənin üçün qaranlıq, həyat isə sonsuz və dərkolunmaz bir varlıqdır. Sənin sağlamlığın və gələcək həyatın da bizim həyəcan və gərginliklə dolu anlarımızın əlindədir: sən nə qədər köməksiz və məsumsan, balaca! Sən nə qədər zərif və ümidsizsən, balaca! Hələ 40 günün tamam olmamış bu gün atan, anan, gohum-əqrəban sənin gələcək taleyini düşünürdü, sevimli körpələrinin həyatını xilas etmək üçün o ümid dolu kədərli baxışlarını biz həkimlərə tuşlamışdı. Biz sənin ağır xəstəliyin barədə doğmalarınla danışırdıq, o körpə ürəyində olan çox mürəkkəb qüsurları müzakirə edirdik. Beyin damarlarının ətrafı da həddən artıq zədəliydi…Və…nəhayət, qərar verdik: əməliyyat olunmalısan! Təhlükəli və riskli bir qərar! Axı əməliyyatda və ya əməliyyatdan sonra reanimasiyada səni itirmək ehtimalı vardı! İnan, balaca, bu təhlükə sadəcə sənin doğulduğun ölkənin deyil, bütün dünyamızın başında dolanır. Amma əməliyyat olunmasan da, əfsuslar olsun, yaşamaq şansın heç...
Əziz balamız!
Bütün bu risklərə və ehtimallara baxmayaraq, valideyinlərinlə ortaq bir qərarımız oldu: sənin üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etmək! Nəticəsindən asılı olmadan bu dünyada və ya axirətdə sənə alnıaçıq cavab verə bilmək üçün əl sıxışdıq, həmrəy olub ortaq qərar ilə əməliyyata girdik. Ürəkdəki bütün problemlər, beyinə gedən damarların (arkus aorta, isthmus) hipoplastik olan bütün hissələri rekonstruksiya olundu. Şükürlər olsun! Əməliyyat gözlədiyimizdən və planladığımızdan da uğurlu keçdi. İndi sən reanimasıyadasan. Səssiz-səmirsiz şirin bir yuxudasan, heç nədən xəbərin yox! Sənin məsum həyatın uğrunda mübarizəmiz hələ bitməyib. Bu ağır günlərdə səni sağ qalmaq və yaşamaq uğrunda uzunmüddətli mübarizə yolu gözləyir. Bu çətin yolda sənə uğurlar arzulayırıq. Yolun açıq, ömrün uzun olsun, balaca! Sağlam və təhlükəsiz böyü, körpə balamız!
Qoy sənə bir sir də açım: sənin kimi minlərlə uşaq əməliyyat etmişik. Adətən biz həkimlər çətin və təhlükəli əməliyyat aparandan sonra həyəcanla gözləyirik; gözləyirik ki, hər şey yaxşı sonluqla bitsin, daha sonra açıq məktub yazırıq. Amma biz bu dəfə tələsdik. Bilirsən niyə? Düşünürük ki, sənin o balaca dünyan ilə yanaşı bizim böyük dünyamız bu gün sabahına olan inam sınağından keçir. İnan ki, biz də ilk dəfədir duyuruq bunu! Ailən olaraq, həkimlər olaraq, böyüklərimiz və dövlət olaraq, insanlıq olaraq dünyada olan bütün problem və təlaşlara baxmayaraq, sənin üçün və gələcəyə inam üçün əlimizdən gələn hər şeyin ən yaxşısını etməyə çalışırıq.
Əmin ol ki, qalib gəlsən, biz də qazanacaq və qalib olacağıq! Biz də gələcəyimizə, açılan hər səhərimizə olan inamı və ümidi qazanacağıq, balaca! Və əmin ol ki, əgər bu həyat və ölüm savaşından qalib çıxsan, səni çox gözəl bir dünya gözləyir, balaca! Hətta ata-ananın və bizlərin yaşadığı dünyadan da gözəl bir dünya səni qucağına alacaq! Sən hələ bilmirsən ki, bu gün "Covid 19" adlı təhlükəli bir canlı bizimlə mübarizəyə başlayıb. Onun sayəsində biz öz aramızda olan kin, nifrət hisslərimizi unutmağa başladıq; biri birimizi daha çox sevməyə başladıq. Artıq öpüşüb, biri-birimizə sarıla da bilmirik. İnan ki, sən yaşasan gələcəkdə daha çox və daha içdən sarılacayıq biri birimizə, balaca! Səndən əvvəl dinlər, dillər, rənglər, okeanlar, dağlar, çaylar, bəzən məhəllələr belə ayırırdı bizi. İnan ki, sən yaşasan hamı səni daha çox sevəcək. Çünkü həyat bir daha insanlara ortaq Günəşə, ortaq Aya, ortaq Səmaya sahib olduğumuzu xatırlatdı. İnan ki, yaşasan əyər, hətta gələcəkdə dilini bilməsələr də, insanlar səni daha çox başa düşəcəklər, balaca!
Qalx ayağa, balaca, sənin qalib gəlməni istəyirik! Bilirsən niyə? Çünkü ürəyin o qədər sağlam oldu ki, mən atana demək istəyirdim ki, daha bir igid əsgərimiz savaşa hazırdır! Amma yox, sənin savaşa getmənə ehtiyac olmaz daha, balaca! Sənin zamanında artıq ölkələr biri biri ilə savaşmaz! Səndən bir istəyim də var, balaca! Böyüyəndə həkim ol! Bizim kimi yox, bizdən də yaxşı həkim ol! Sənin zamanında dünyamız, ölkəmiz, şəhərimiz daha möhtəşəm olacaq, daha əzəmətli olacaq, balaca! Sən də elə bir vətəndaş, elə bir həkim olmalısan ki, dünyamızda heç kim, heç bir şeydən, heç zaman bu günkü kimi qorxmasın!
Niyə yaşamalı olduğunu anladınmı, balaca? Axı bu gün sənin ailən, sənin ölkən və sənin dünyan daha çox inanmaq, daha çox yaşamaq istəyir!..
Hörmətlə,
Sənin həkimlərin

Baxış sayı: 853
Bölməyə aid digər xəbərlər

6-10-2026, 19:13
Bank meneceri əmanətçilərdən 24 milyon rubldan çox pul oğurlayıb
5-10-2026, 18:26
180-dən çox qəhvəyi ayı məhv edilib
5-10-2026, 15:22
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
4-10-2026, 21:34
Təhsil işçiləri təltif edildi - Siyahı
4-10-2026, 21:15
Adını cüdo tariximizə yazdırdı... - Video
1-10-2026, 16:55
Uşaq bağçaları üçün vahid oyun və oyuncaq siyahısı yaradılacaq
30-09-2026, 20:18
Nazirlər Kabineti insanlara hücumlar səbəbindən ayı populyasiyalarını nəzarətdə saxlamaq üçün tədbirlər hazırlayırb
30-09-2026, 19:29
16 yaşdan kiçik uşaqların elektrik skuterləri sürməsini qadağan etməyi təklif edib
29-09-2026, 14:36
Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
29-09-2026, 01:39
37 yaşlı yeni başçının - Dosyesi
27-09-2026, 20:53
Yandırıcı sursat istehsalı haqqında danışdı
27-09-2026, 20:37
Lukaşenko Minskdə üçəm dünyaya gətirən qadına mənzil hədiyyə etdi
26-09-2026, 22:48
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
24-09-2026, 18:30
Üç universitet anonim mesajlar səbəbindən təxliyə edildi
24-09-2026, 13:29
Yeraltı sərvətlərdən milli iqtisadi gücə
23-09-2026, 21:01
Rusiya nağd pul və qızıl ixracına məhdudiyyətləri sərtləşdirəcək
23-09-2026, 19:25
Xilasedicilər bataqlıqda ilişib qalan 17 yaşlı kuryerə kömək etdilər
22-09-2026, 18:44
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
22-09-2026, 17:07
Dörd gün əvvəl itkin düşmüş təqaüdçü tayqa meşəsində tapılıb
21-09-2026, 19:51
Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
21-09-2026, 19:08
17-ci uşağını dünyaya gətirib
21-09-2026, 18:07
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
20-09-2026, 18:07
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
20-09-2026, 16:31
Sadiq Qurbanov neftçiləri təbrik edib
18-09-2026, 00:13
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
17-09-2026, 17:11
Zooparkdan qaçan dəvəquşu yollarda xaosa səbəb olub
17-09-2026, 17:06
İkiqat Olimpiya çempionunun ölümünə xərçəng səbəb olub
16-09-2026, 19:47
Qastronomik rekord: Mahaçqalada 305 yeməkdən ibarət 100 metrlik süfrə
16-09-2026, 19:39
Ana və oğul gəzərkən sahilə çıxmış köpəkbalığı ilə qarşılaşıblar
15-09-2026, 18:39
Magistral yolda qızların fotosessiyasını ayı pozdu
15-09-2026, 18:33
İki xəstəyə dəri xərçəngi peyvəndi vurulub
15-09-2026, 17:58
At oğruları dəstəsi məhkum edilib
15-09-2026, 17:06
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
15-09-2026, 12:35
Azərbaycan-Türkiyə V Enerji Forumu - Strateji tərəfdaşlıq yeni mərhələdə
13-09-2026, 11:28
Bir gündə on ayı öldürülüb
10-09-2026, 19:13
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
10-09-2026, 18:43
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
10-09-2026, 10:44
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
9-09-2026, 15:41
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
9-09-2026, 15:36
Milli parkda itkin düşən turist ölü tapılıb
9-09-2026, 15:08
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
8-09-2026, 14:35
Olimpiya Avarçəkmə mükafatçısı vəfat etdi