22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İpoteka Fondu kirayə evlərin qiymətini açıqladı
Tarix: 19-03-2020 20:15 | Bölmə: Sosial

     İpoteka Fondu kirayə evlərin qiymətini açıqladı

İpoteka və Kredit Zəmanət Fondu Bakının Xətai rayonunda Gəncə prospektində kirayə üsulu ilə satılan mənzillərin qiymətini açıqlayıb.
FED.az-ın məlumatına görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşlara təklif olunan mənzillər yerləşdiyi ərazi üzrə bazar dəyərindən aşağı qiymətlərlə alınıb.
Hazırda Fondun Bakı şəhəri üzrə Gəncə prospektində yerləşən yaşayış kompleksindən vətəndaşlara kirayə təklif etdiyi mənzillərin maya dəyəri bütün xərclər (alış dəyəri, rəsmiləşdirmə, kommunal vasitələrə qoşulma, çıxarış və texniki sənədlərin əldə olunması üzrə xərclər) daxil olmaqla 1450 manatdır. İpoteka və Kredit Zəmanət Fondu Gəncə prospektində yerləşən "Xətai Park” yaşayış kompleksindən 100 mənzil alıb.
Bütün dövr ərzində isə illik xərclər 4%-dək müəyyənləşib. Bu xərclərə isə Fondun mənzillərin alınması üçün 3% həcmində cəlb etdiyi vəsaitləri dəyəri, sığorta və digər xərclər daxildir. Başqa sözlə, hətta bu xərclər daxil olmaqla belə, kirayə üsulu faktiki olaraq güzəştli ipoteka kreditlərindən daha ucuz layihədir. Kirayə mənzillərdə vətəndaşdan əlavə xərc tələb olunmur.



Baxış sayı: 513


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu