22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rəşad Mahmudov komitə sədrinin müavini seçilib
Tarix: 11-03-2020 00:18 | Bölmə: Sosial



Bu gün Milli Məclis Altıncı Çağırış üzrə ilk iclası keçirilib. 
Moderator.az xəbər verir ki, iclasda Milli Məclisin yeni sədri və vitse-spikerləri ilə yanaşı, yeni komitə sədrləri və onların müavinləri də müəyyənləşib.
Sevindiricidir ki, bu günklü iclasda Azərbaycanın dünya şöhrətli cərrahı Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini seçilib.
Məlumat üçün xatırladaq ki, Rəşad Mahmudov 1974-cü il yanvarın 18-də də Astarada anadan olub. Səməd Vurğun adına orta məktəbi bitirən R.Mahmudov Türkiyədə “9 Sentyabr” Universitetinin tibb fakültəsində ali təhsil alıb. Daha sonra Türkiyə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub. 2003-cü ildə Ege Universitetində Uzmanlıq Diplomunu,  2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edib. 
Bununla da tibb elmləri namizədi alimlik dərəcəsi əldə edib. 2015-cı ildə isə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edən R.Mahmudov Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi alıb.
R.Mahmudov 1997-2002-ci illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Mərkəzində, 2003-2004-cü illərdə Şifa Xəstəxanalar Qrupunda, 2004-2005-ci illərdə İzmir şəhərindəki Kent xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib. 2005-ci ildən 2017-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı kimi insanlara xidmət edən R.Mahmudov, çoxlu sayda xeyriyyə aksiyalarında iştirak edib, aztəminatlı vətəndaşların pulsuz müalicəsini həyata keçirib.
Ümumilikdə 8 min ürək əməliyyatı həyata keçirən peşəkar cərrah, bir müddət bundan öncə eyni seansda 5 yaşlı uşağın ürəyində baypass əməliyyatını və  canlıdan canlıya qaraciyər transplantasiyasını gerçəkləşdirməklə dünya mediasının gündəminə çevrilmişdir.
 



Baxış sayı: 537


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu