22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Təhsil Nazirliyi də koronavirusa görə qərargah yaratdı
Tarix: 29-02-2020 19:07 | Bölmə: Sosial

                  Təhsil Nazirliyi də koronavirusa görə qərargah yaratdı

24 fevral 2020-ci ildə respublikanın bütün təhsil müəssisələrinə verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir: 
Qeyd olunub ki, qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirə salınmadan qəbul edilməsini təmin edəcək. Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal Nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb.
Vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı Nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 “Qaynar xətti”nə 24 saat ərzində müraciət edə bilərlər.



Baxış sayı: 491


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu