22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Guya, indiki səviyyəyə həyat yoldaşımın sayəsində çatmışam”
Tarix: 19-02-2020 14:23 | Bölmə: Sosial

                  “Guya, indiki səviyyəyə həyat yoldaşımın sayəsində çatmışam”

“Mənim gəmilərdə aşpaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov feysbuk hesabında yazıb. O bildirib ki, heç vaxt aşpaz işləməyindən utanmayıb və bunu həmişə hər yerdə açıq deyib: “Əsas odur ki, halallıqla qazanıb, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə, nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, “Palmali” ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalarla sinə gərərək uğurlar əldə etmişik”.



Baxış sayı: 537


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu