22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Sumqayıt Dövlət Dram Teatrında Xalq artistinin 80 illiyi qeyd olundu
Tarix: 25-01-2020 07:42 | Bölmə: Sosial
Bu gün Sumqayıt Dövlət Dram Teatrının səhnəsindəyetərincə maraqlı, xarakterik obrazlar yaratmış Svetlana Həkimovanın 80  illik yubileyi qeyd olundu.   Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov çıxışıda sənətkarı  təbrik etdi, dövlətin  mədəniyyətə qayğısını vurğuladı. O cümlədən  Sumqayıtın sosial-mədəni inkişafından söz açdı və bu inıişaf palitrasında teatrın da öz çalarlarının  olduğunu  söylədi. Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov,  istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında Svetlana xanımın teatrda,  şəhərin mədəni-kütləvi tədbirlərində  oynadığı obrazlara nəzər saldılar.  Xalq artistinin  oyun tərzindən, səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışdılar. Qeyd olundu ki, Svetlana Həkimovanın  yaratdığı “Solğun çiçəklər”- Sara,  “Qaraca qız”- Gülğəri nənə, “Demoklisin qılıncı”- Hakimin qızı və bir sıra  obrazları bu gün də yaddaşlarda qalır.
Sonda  teatrın direktoru Əməkdar artist Mübriz Həmidov  Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbrikini bildirdi və teatr kollektivi adından hədiyə təqdim etdi.
Sabaha-inamla.Az
                                     

         



Baxış sayı: 595


Bölməyə aid digər xəbərlər
Dünən, 22:26 Bu da xatirə - Fotosu