22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Xaçmazda unikal “Zaporojest” abidəsi - FOTO
Tarix: 01-01-2020 20:42 | Bölmə: Sosial




Xaçmaz şəhərinin Rəşid Behbudov küçəsindəki avtoservisin sahibi diqqət çəkmək üçün maraqlı üsula əl atıb.
Oxu.Az xəbər verir ki, o, dəmir dirəyin köməyi ilə “Zaporojest” markalı avtomobili servisin qarşısında 10 metr yüksəkliyə qaldırıb. 
İdeyanın sahibi Gülhəsən Fərmanov bildirir ki, avtomobili 2001-ci ildə Əbdül adlı rayon sakinindən alıb. Hazırda “Zaporojest” ömrünü başa vuran bir avtomobil kimi görünsə də, nəqliyyat vasitəsi dirəyin üzərinə qaldırılana kimi işlək vəziyyətdə olub. 
Maşın dəmir konstruksiyalı dirəyə boltlar və qaynaq vasitəsilə bərkidilib.Təhlükəsizlik məqsədi ilə yüngül olsun deyə, avtomobilin mühərriki və bəzi ağır hissələri çıxarılıb. Bu ideya sahibinə üç min manata başa gəlib. 
Gülhəsən Fərmanov deyir ki, indi hamı buranı “Zaporojest” küçəsi kimi tanıyır. Həm də onlar müştərilərinə məkanı tanıtmaqda çətinlik çəkmir. Avtomobil sahibi maşının mühərrikini saxladığını, nə vaxtsa lazım olarsa, avtomobili yenidən işlək vəziyyətə gətirə biləcəyini bildirir.
Şimal bölgəsində yeganə olan bu tanıtım nişanı hətta rayona gələn qonaqların və xarici turistlərin də marağına səbəb olur.












Baxış sayı: 665


Bölməyə aid digər xəbərlər
Bu gün, 22:26 Bu da xatirə - Fotosu