Bütün xəbərlər
Saxta “Nemiroff”, “Beluqa”, “Baykal”... - Foto
Tarix: 11-12-2019 16:27 | Bölmə: Sosial


                   Saxta “Nemiroff”, “Beluqa”, “Baykal”...

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Mingəçevir şəhəri,  M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib. 
“Qafqazinfo” xəbər verir ki, reyd zamanı sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların  hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib. Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı “Nemiroff”, “Beluqa”, "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir.
Eyni zamanda müəssisədə müxtəlif brend markalı istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq, 6500 ədəd aksiz marka , 500 ədəd "Ruskıy Standart" etiketi , 400 ədəd stiker, 1500 ədəd QR-kod , filtr üçün istifadə edilən kristal duz, mənşəyi məlum olmayan spirt aşkar edilib və bütün xammal, ləvazimatlar araşdırmaların aparılması üçün götürülüb.
Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyatı üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin satış şəbəkələrinin müəyyən olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.










Baxış sayı: 608


Bölməyə aid digər xəbərlər