Bütün xəbərlər
Telman Isgəndərov adına 142 nömrəli məktəbdə " Bayraq Günü" ilə əlaqədar tədbir oldu
Tarix: 07-11-2019 22:28 | Bölmə: Sosial
                   
Artıq bir neçə ildir ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 9 noyabr - Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Müstəqilliyimizin rəmzi olan Bayrağımız ən uca yerlərdə ,beynəlxalq görüşlərdə,idman yarışlarında vüqarla dalğalanır.
Bu gün Sabunçu rayonu Telman Isgəndərov adına 142 nömrəli tam orta məktəbdə " Bayraq Günü" ilə əlaqədar növbəti tədbir oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə açıldı. Sonra şagirdlər Azərbaycanın indiki bayrağına oxşar bayrağın ilk dəfə 1918 - ci il noyabrın 9 - da Azərbaycan Xalq Cümhuriyyətinin yığıncağında qaldırıldığını,ölçülərini,üçrəngli bayrağın rənglərinin mənası haqqında məlumat verdilər. Şairlər bayrağa aid şeir söylədilər. Mahnılar oxuyan şagirdlərin ifası da hamının xoşuna gəldi.
Namiq MƏMMƏDLİ





















Baxış sayı: 785


Bölməyə aid digər xəbərlər