Bütün xəbərlər
Sumqayıt Texnologiyalar Parkı rezidentlərin reallaşdırdığı məhsulun məbləğini açıqlayıb
Tarix: 01-11-2019 00:37 | Bölmə: Sosial

2019-cu ilin ilk doqquz ayının yekunlarına əsasən, Sumqayıt Texnologiyalar Parkının əsas rezidentləri 65 milyon manatdan çox məhsul reallaşdırmış bir neçə zavod olub.
Bunu Trend-ə Parkın ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, ən çox satılan məhsul kabel zavodunun payına düşüb:
“Bu müəssisə 29,95 milyon manat məbləğində məhsul reallaşdırıb. Armatur istehsalı zavodu 11,8 milyon manat, polimer məmulatlar istehsalı zavodu 7 milyon manat, avtomobil istehsalı və təmiri zavodu 4,65 milyon manat, alüminium profillər zavodu 2,669 milyon manat, sendviç panellər istehsalı zavodu 2,374 milyon manat, elektrik avadanlıqlar zavodu 1,6 milyon məbləğində məhsul satıb”.
R.Əliyev bildirib ki, bu ilin sonunadək Azərbaycandan yaxın xaricə, o cümlədən Rusiya və Gürcüstana sənaye məhsullarının ixracı gözlənilir.



Baxış sayı: 656


Bölməyə aid digər xəbərlər