Bütün xəbərlər
Azərbaycanda övladlığa götürülən uşaqlarla bağlı YENİLİK - Milli Məclis təsdiq etdi
Tarix: 22-10-2019 15:13 | Bölmə: Sosial

Azərbaycanda 7 yaşına çatmış uşaq övladlığa götürülərkən onun soyadı, ata adı və öz adının dəyişdirilməsi ilə bağlı uşağın fikri öyrəniləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Bundan əlavə, Məcəlləyə təklif edilən edilən digər dəyişikliyə əsasən, övladlığa götürülən 10 yaşdan yuxarı uşaqların doğulduğu yer yalnız onun razılığı ilə dəyişdiriləcək.
Təkliflər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.



Baxış sayı: 583


Bölməyə aid digər xəbərlər