Bütün xəbərlər
Nazir müavini: Əmin deyilik ki, müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər
Tarix: 15-10-2019 14:04 | Bölmə: Sosial

                         

Fəaliyyəti uğurlu olan məktəblərin təlim-tərbiyəsi nəticəsində güclü intellektə, sağlam təfəkkürə, tərbiyəyə malik gənclər formalaşır. Biz buna sevinirik, amma bununla yanaşı biz müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük.
Trend-in məlumatına görə, bunu “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır: "Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib uğurlu nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".
Məktəbəhazırlıq təhsil səviyyəsinin təhsilin çox əhəmiyyətli hissəsi sayan nazir müavini bildirib ki, məktəbəhazırlıq qruplarına gedən uşaqların onun gələcək məzunu olacağını nəzərə alaraq, 5 yaşlı uşaqla fəaliyyətin səmərəli təşkil olunması barədə düşünülməlidir: "Əmin deyilik ki, ümumi və tam orta təhsil səviyyələrində dərs deyən müəllimlər məktəbəhazırlığın mahiyyətini kifayət qədər dərindən başa düşürlər. Onlar sanki bu prosesdən kənarda qalıblar. Halbuki məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir. Bu məsələ bütün kollektivin diqqətinə çatdırılmalıdır".
M.Vəliyeva qeyd edib ki, bu il ölkə üzrə 5 yaşlı uşaqların 84,62 faizi məktəbə hazırlıq təhsilinə cəlb olunub ki, bunu da kifayət qədər yaxşı göstərici saymaq olar.



Baxış sayı: 499


Bölməyə aid digər xəbərlər