Bütün xəbərlər
Akif Əlizadə 65 il AMEA-da işləyən qadını “Qocalar evi”ndə tapdı
Tarix: 02-10-2019 12:14 | Bölmə: Sosial


Ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi 1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatına baş çəkiblər.
Azvision.az-ın məlumatına görə, görüş zamanı maraqlı məqam yaşanıb. Belə ki, ömrünün 65 ilini Azərbaycan Milli Elmlər Akademiyasında işləmiş Sona Rəhimbəyova YAP-ın sədr müavini, AMEA-nın prezidenti Akif Əlizadə ilə görüşüb.
AMEA-nın prezidenti görüş zamanı ötən günləri xatırlayıb: "Sovet vaxtı AMEA-nın çox yaxşı komsomol təşkilatı var idi. Biz də orada gənclərlə görüşürdük, gecələri onlarla keçirirdik, orkestrlər yaranırdı, çıxışlar olurdu, sərgilərdə iştirak edirdik. Sona Rəhimbəyova ilə biz orada aktiv iştirakçılardan idik. İndi də görürəm Sona xnaım aktivdir, canı sağlamdır, Allah ömrünü uzun etsin".
Qeyd edək ki, Sona Rəhimbəyova 1933-cü ildə anadan olub. O, 65 il akademiyada işləyib. Uğurlu fəaliyyətinə görə müxtəlif orden və medallarla təltif olunub.
"Evim var idi. Uşaqlarım satıb xaricə köçdü. Məni də aparmaq istəyirdilər, getmədim" - deyə Rəhimbəyova bildirib.




Baxış sayı: 867


Bölməyə aid digər xəbərlər
24-11-2024, 22:26 Bu da xatirə - Fotosu