14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
Astana-2019: Üçqat dünya çempionu Hacı Əliyev mübarizəyə qoşulur
Tarix: 19-09-2019 09:34 | Bölmə: Sosial

                                   

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycan güləşçiləri 6 çəki dərəcəsində çıxış edəcəklər.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, öncə sərbəst güləşçilər 2 çəkidə mübarizəyə başlayacaqlar. "Minsk 2019" II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində qırğızıstanlı Uluqbek Joldoşbekovla üz-üzə gələcək. Bu görüşün qalibi son dünya çempionu, eləcə də Avropa çempionatının və II Avropa Oyunlarının mükafatçısı, rusiyalı Zavur Uquyevə rəqib olacaq.
3 qat dünya, 3 qat Avropa çempionu, "Minsk 2019" II Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev (65 kq) də təsnifat mərhələsindən mübarizəyə başlayacaq. O, rusiyalı ikiqat Avropa çempionu və son iki dünya çempionatının gümüş mükafatçısı Hacımurad Rəşidovla üz-üzə gələcək.
Qadın güləşçilər isə son 2 çəki dərəcəsində mübarizəyə başlayacaqlar. Avropa mükafatçısı Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Avropa mükafatçısı Krista İntseni, dünya və Avropa mükafatçısı İrina Netreba (68 kq) isə burkina-fasolu İvette Zieni sınağa çəkəcək.
Səhər proqramında həm də qadın güləşçi Tatyana Omelçenkonun (59 kq) ukraynalı Angelina Lısakla təsəlliverici görüşü nəzərdə tutulub. Qalib güləşçi bürünc medal qarşılaşmasında monqolustanlı Şoovdor Baatarjava rəqib olacaq.
Eyni zamanda axşam proqramında Elis Manolova (65 kq) bürünc medal görüşünə çıxacaq. Onun rəqibi də bu gün səhər proqramında müəyyənləşəcək. Omelçenko və Manolova qeyri-olimpiya, qalan güləşçilər isə olimpiya çəkilərində yer alıblar.
Dünya çempionatı
19 sentyabr

Qadın güləşi
62 kq
1/16 final. Elmira Qəmbərova - Krista İntse (Rumıniya)
68 kq
1/16 final. İrina Netreba - İvette Zie (Bukina-Faso)
59 kq
Təsəlliverici görüş. Tatyana Omelçenko - Angelina Lısak (Ukrayna)
65 kq
Bürünc medal görüşü. Elis Manolova
Sərbəst güləş
57 kq
Təsnifat. Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (Qazaxıstan)
65 kq
Təsnifat. Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya)
Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.



Baxış sayı: 585


Bölməyə aid digər xəbərlər