Bütün xəbərlər
Zaxarova: "Kiyev ərazi reallıqlarını tanımalıdır"
Tarix: 02-10-2025 15:50 | Bölmə: Siyasət

Ukraynadakı münaqişəni həll etmək üçün Kiyev ərazi reallıqlarını tanımalı və NATO üzvlüyündən imtina etməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Bundan əlavə, Ukrayna öz neytral statusunu bərpa etməli olacaq.
"Əgər Kiyev həqiqətən də münaqişəyə son qoymaq istəyirsə, onlar nə edəcəyini bilirlər. Onlar mövcud ərazi reallıqlarını tanımalı, NATO-ya üzvlük iddialarından əl çəkməlidirlər", - Zaxarova brifinq zamanı deyib.
Bu yaxınlarda BMT Baş Assambleyasında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Kiyev rejimi və onun avropalı sponsorları hazırda ədalətli danışıqlara hazır deyillər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Ukraynanın vəziyyətinin və danışıqlardakı mövqeyinin hər keçən gün pisləşdiyini bildirib.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər