Bütün xəbərlər
Putin Rusiyanın Yəmənə yeni səfirini təyin edib
Tarix: 01-10-2025 16:39 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putin Yevgeni Kudrovu Rusiyanın Yəmən Respublikasına səfiri təyin edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  müvafiq fərman hüquqi aktların rəsmi nəşri portalında yerləşdirilib.
“Yevgeni Aleksandroviç Kudrov Rusiya Federasiyasının Yəmən Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sənəddə deyilir.
Yevgeni Kudrov bundan əvvəl Rusiyanın Yəməndəki müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər