Bütün xəbərlər
Boqdanov Trampın nüvə sualtı qayıqları ilə bağlı dediklərini ABŞ kəşfiyyatının fəlakəti hesab edir
Tarix: 30-09-2025 18:17 | Bölmə: Siyasət

VGTRK-nin ABŞ bürosunun rəhbəri Valentin Boqdanov Telegram kanalında prezident Donald Trampın Amerika nüvə sualtı qayıqlarının inkişafı ilə bağlı dediklərini ABŞ kəşfiyyatının fəlakəti adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalist Ağ Ev rəhbərinin verdiyi məlumatın doğruluğundan şübhələnib.
"Tramp bizi yenidən nüvə sualtı qayıqları ilə hədələyir. Bu arada Amerika prezidenti deyir ki, nüvə üçlüyünün bu komponentində ABŞ Rusiyanı 25 il qabaqlayır. O, həqiqətən belə düşünür? Yoxsa ona belə deyilib? Amma bu, kəşfiyyat nöqteyi-nəzərindən fəlakətdir", - Boqdanov şərh edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya daha yaxın göndərilən iki Amerika nüvə sualtı qayığının təyin olunmuş bölgəyə gəldiyini açıqlamışdı.O, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatlarına görə onların yeni əraziyə köçürülməsinə göstəriş verib.



Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər