Bütün xəbərlər
Peskov: "Almaniya uzun müddətdir Ukraynadakı münaqişəyə dolayısı ilə cəlb olunub"
Tarix: 30-09-2025 14:31 | Bölmə: Siyasət

Almaniya uzun müddətdir Ukrayna münaqişəsinə dolayısı ilə cəlb olunub və Kreml Almaniya kansleri Fridrix Merzin bəyanatında yeni heç nə görməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz (Mersin bəyanatlarına) diqqət yetirdik, lakin bizim üçün açıq-aydın görünür ki, Almaniya uzun müddətdir ki, dolayısı ilə (Ukraynadakı) münaqişəyə cəlb olunub. Ona görə də biz burada heç bir yenilik görmürük", - o deyib.
Merz bundan əvvəl Almaniyanın daha sülhsevər ölkə sayıla bilməyəcəyi fikrini bildirmişdi.



Baxış sayı: 72


Bölməyə aid digər xəbərlər