Bütün xəbərlər
Paşinyan: “Tramp marşrutu” ilə bağlı hələlik razılaşma yoxdur
Tarix: 29-09-2025 20:11 | Bölmə: Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, materik Azərbaycanla Naxçıvan Muxtar Vilayəti arasında Ermənistan ərazisindən keçən “Tramp marşrutu” ilə bağlı hələlik konkret detallar yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avqustda İrəvan və Bakı ABŞ-da ərazi iddialarından imtina etmək və Naxçıvana nəqliyyat dəhlizi (“Tramp marşrutu”) yaratmaq barədə razılığa gəliblər.
Paşinyanın sözlərinə görə, müzakirələr davam edir, ilk növbədə dizayn işləri; ABŞ nümayəndə heyəti bu yaxınlarda Ermənistana səfər edib.
“Hazırda çox konkret razılaşmalar yoxdur... Düşünürəm ki, problem Tramp administrasiyasının qlobal gündəmi olmasıdır”, - Paşinyan bildirib.
O, əlavə edib ki, “Tramp marşrutu” beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın diqqət mərkəzində qalır.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk daha əvvəl qeyd edib ki, Rusiya Ermənistanı nəqliyyat dəhlizinin yaradılmasında dəstəkləyir.
Azərbaycan prezidenti İlham Əliyev Ağ Ev rəhbərinin müəyyən etdiyi “marşrut”un Azərbaycanla Ermənistan arasında münasibətlərdəki maneələri aradan qaldıracağına əmin olduğunu bildirib.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər