Bütün xəbərlər
Politico: "FTB Trampın keçmiş köməkçisi Boltonun ofisində məxfi sənədlər tapıb"
Tarix: 24-09-2025 20:42 | Bölmə: Siyasət

FTB agentləri ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun ofisində bəzi “məxfi sənədlər” tapıblar, "Politico" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  kəşfiyyat orqanları “məxfi” qeyd olunan bir neçə qovluq aşkar ediblər. Nəşrin məlumatına görə, bəzi səhifələrdə “gizli” qeyd edilib. Bu sənədlərin məzmunu açıqlanmayıb.
Avqust ayında FTB agentləri Boltonun evində axtarış aparıblar. “The New York Post” yazır ki, keçmiş müşavirə qarşı aparılan istintaq hüquq-mühafizə orqanlarının onun 2020-ci ildə “Baş verdiyi otaq” kitabına daxil edə biləcəyinə inandıqları məxfi sənədlərlə bağlıdır.
ABŞ-ın vitse-prezidenti J.D.Vens daha əvvəl Boltona qarşı aparılan istintaqın onun Vaşinqton siyasətini tənqid etməsi ilə bağlı olduğunu təkzib etmişdi.



Baxış sayı: 311


Bölməyə aid digər xəbərlər