10:59 / 24-09-2025
Dostuna bıçaqla hücum edib
Bütün xəbərlər
Zaxarova Trampa ABŞ-ın Aİ ideologiyası və elitasının formalaşmasına təsirini xatırladıb
Tarix: 24-09-2025 10:30 | Bölmə: Siyasət

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın Avropa İttifaqını tənqid etməsinə münasibət bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bir gün əvvəl Amerika lideri BMT Baş Assambleyasından bəyan edib ki, Aİ miqrasiya böhranının öhdəsindən gələ bilmir və “cəhənnəmə sürüşür”.
Zaxarova xatırladıb ki, məhz ABŞ Aİ-nin ideologiyasının və elitasının formalaşmasına əsas təsir göstərib.
"Bütün bunlar niyə baş verir? Ona görə ki, Avropa İttifaqı hər hansı normal, adekvat cavab tədbirləri görmək iqtidarında deyil. Nə üçün bu baş verdi? Avropanı bu cür yaradan kim? Qərbi Avropa, məni bağışlayın, amma bu, kimin təsiri altında idi? Bu, ABŞ-ın Qərbi Avropadakı manevrlərinin nəticəsidir. Təbii ki, Vaşinqtonun aparıcı rol oynadığı NATO protektoratı", - Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Vaşinqton Qərbi Avropa elitalarını formalaşdırmaqla məşğul olub, SSRİ isə öz ərazisini və Şərqi Avropanı bərpa edib. O, Avropa Komissiyasının sədri Ursula fon der Leyeni misal çəkərək, öz ölkəsinin deyil, Amerika mərkəzli dairələrin maraqlarını təmsil etdiyini iddia edib.
Daha əvvəl Tramp BMT Baş Assambleyasından bildirib ki, London şəriət qanunlarını qəbul etmək istəyir və bu, qəbuledilməzdir. O, həmçinin Londonun meri Sadiq Xanı da “dəhşətli lider” adlandırıb.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər