10:59 / 24-09-2025
Dostuna bıçaqla hücum edib
Bütün xəbərlər
Ermənistanda müxalifətçi Qriqoryan öldürülüb
Tarix: 24-09-2025 10:21 | Bölmə: Siyasət

Ermənistanın müxalif “Aprelu Yerkir” partiyasının nümayəndəsi, İrəvan yaxınlığındakı Parakar şəhərinin böyük icmasının rəhbəri Volodya Qriqoryan gecə saatlarında evinin yaxınlığında öldürülüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qriqoryandan başqa onun dostu, kriminal polis əməkdaşı həlak olub, daha bir nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerindən qaçan yalnız bir nəfər olub.
Ermənistanın baş naziri Nikol Paşinyan Qriqoryanın qətlini pisləyib və Daxili İşlər Nazirliyini cinayətin üstünü açmağa çağırıb.
Volodya Qriqoryan bu ilin martında Paşinyanın partiyasının namizədini məğlub edərək Parakar icmasının rəhbəri olub. O, sədri tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri, hazırda Azərbaycan həbsxanasında olan Ruben Vardanyan olan “Aprelu Yerkir” partiyasını təmsil edib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər