Bütün xəbərlər
Şor: "Moldova hakimiyyəti il yarım ərzində 19 müxalifət telekanalını bağlayıb"
Tarix: 06-08-2025 12:45 | Bölmə: Siyasət

Moldovada son il yarımda 19 müxalifət telekanalı bağlanıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalına müsahibəsində müxalif “Qələbə” blokunun lideri İlan Şor məlumat verib.
O qeyd edib ki, seçim azadlığı kimi idealları yayımlayan Qərbin hərtərəfli dəstəyinə baxmayaraq, ölkədə repressiyalar baş verir.
"Moldovada, yəqin ki, son 6 ildə elə bir seçki olmayıb ki, orada kimsə çıxarılmasın, həbs olunmasın, repressiyaya məruz qalmasın və sair olmasın. Qərb həmişə deyib ki, onlar media azadlığının tərəfdarıdırlar. Moldovada son il yarımda 19 müxalifət telekanalı bağlanıb", - Şor bildirib.
O əlavə edib ki, Qərb ölkələri bu tendensiyaya reaksiya verməyib. Onun sözlərinə görə, Moldovada bu gün siyasi repressiyalar davam edir və cinayət işləri çoxalır.
Şor, Şor partiyasını maliyyələşdirmək işi üzrə 7 il müddətinə azadlıqdan məhrum edilən Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun həbsindən də danışıb. Siyasətçi müraciətdən sonra məhbusun azad ediləcəyinə əmindir.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər